Azərbaycanda xarici ticarət iştirakçılarının sayı fiziki şəxslər üzrə azalıb, hüquqi şəxslər üzrə artıb.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar – SİYAHI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə xarici ticarət iştirakçılarının say 57 min 911, o cümlədən fiziki şəxslər üzrə 48 min 323, hüquqi şəxslər üzrə 9 min 588 şəxs olub.
2021-ci ildə xarici ticarət iştirakçılarının say 65 min 147, o cümlədən fiziki şəxslər üzrə 56 min 277, hüquqi şəxslər üzrə 8 min 870 olmuşdu. Beləliklə, xarici ticarət iştirakçıları olan fiziki şəxslərin sayı 7 min 954 şəxs azalıb, hüquqi şəxslərin sayı isə 718 şəxs artıb.
Ötən il 9 min 588 hüquqi şəxsdən 269-u dövlət sektoru, 9 min 319-u özəl sektor üzrə olub. Bu say 2021-ci ildə müvafiq olaraq 266 və 8 min 604 idi. (Marja)