Azərbaycanda milli ixrac strategiyasının təsdiq edilməsi 2023-cü ilin ikinci rübündə gözlənilir.
Azərbaycanın ən böyük ixrac şirkətləri - SİYAHI
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ilə qədər icrası nəzərdə tutulan milli ixrac strategiyasında yeni bazarlara çıxış, mövcud bazarlarda mövqeyin möhkəmlənməsi kimi işlər nəzərdə tutulub:
"Xarici və yerli ekspertlərin iştirakı ilə tərtib olunan bu strategiyada Azərbaycanın 100-dən çox potensialı olan məhsullar müəyyənləşdirilib və onların yeni və mövcud bazarlara ixracı ilə bağlı müvafiq işlər görüləcək".
Y.Abdullayev həmçinin qeyd edib ki, "AZPROMO" tərəfindən 2022-ci ildə investisiya üzrə bələdçi (İnvestment Guide) hazırlanıb:
"İnvestment Guide bütün beynəlxalq tədbirlərdə xarici qonaqlara, investorlara təqdim olunub. İnvestisiya bələdcisində qısa məlumatlar, ölkənin bünüt sahələr üzrə potensialı haqqında, bazara giriş üçün investora lazım olan ilkin məlumatlar təqdim olunub. Bu bələdçinin gələcəkdə yenilənməsi nəzərdə tutulur". (Report)