Bu ilin sentyabrn 1-nə olan məlumata görə, Azərbaycanda muzdla işləyənlərin sayı 1611,1 min nəfərdən 899 min nəfəri dövlət sektorunda çalışır. Qeyri-dövlət sektorunda çalışanların sayi isə 712,1 min nəfər təşkil edib.
Eləcə də bax:Vergiyə işə düzəlmək istəyən hər – 100 NƏFƏRDƏN YALNIZ 6-SI UĞUR QAZANIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il oktyabrın 1-i nə olan məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5195,3 min nəfər təşkil edir. Onlardan 4943,6 min nəfərini məşğul əhali təşkil edib.İqtisadiyyatın neft-qaz sektorunda 34,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1576,4 min nəfər olub.
Azərbaycanda ən çox işləyənlər təhsil sahəsindədir. Belə ki, dövlət və özəl sektrou birlikdə bu sahədə 328,3 min nəfər çalışır, ikinci ən çox muzdla çalışanlar ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsindədir, bu sahədə 291 min nəfər çalışır. Əhalinin 3-cü ən çox işlədiyi sahə isə səhiyyə və sosial xidmətlərin göstərilmə sahəsidir. Bu sektorda 134,3 min nəfər çalışır.
Sahələrə ayrı-ayrılıqda nəzər yetirsək görərik ki, dövlət sektrounda ən çox təhsildə (319,1 min nəfər),səhiyyə və sosial xidmətlərdə çalışanlar (117,8 min nəfər), dövlət idarəetməsi və müdafiə; sosial təminat (105,7 min nəfər) sahəsində çalışanlardır.
Özəl sektorda isə ən çox ticarət; nəqliyyat vasitələrinin təmiri (288,4 min nəfər), emal sənayesi (100,2 min nəfər), tikinti (89,2 min nəfər) sahəsində çalışırlar.