Banner

İqtisadiyyat

Azərbaycanda işlənmiş akkumulyatorlar təkrar - EMAL EDİLƏ BİLƏR

Azərbaycanda işlənmiş akkumulyatorlar təkrar - EMAL EDİLƏ BİLƏR | FED.az
17:48 18 Noy 2019

Azərbaycanda işlənmiş akkumulyatorlarının təkrar emalının təşkili ilə bağlı bazar araşdırmaları aparılır.

FED.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. 

Onun sözlərinə görə, bu araşdırmalara müvafiq şirkət cəlb olunub ki, onun tərəfindən həmçinin biznes plan hazırlanacaq.

Eləcə də bax:“London taksi”ləri üçün şin və akkumulyatorlar alınır - TENDER

“Bu istiqamətdə aparılan işlərin yaxın zamanda başa çatacağı gözlənilir. Layihə işlənildikdən sonra akkumulyatorların təkrar emalının təşkili ilə bağlı optimal yer seçiləcək. Layihə sənaye zonalarının birində icra olunacaq”, – deyə N. Səfərov qeyd edib.

Digər xəbərlər

Banner