2019-cu ilin aprelində Türkiyədən Azərbaycana Türkiyə Məşğulluq Xidmətinin (İŞKUR) xətti ilə iş axtarmağa gələnlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 61,9 faiz azalıb.
Bu barədə İŞKUR-dan məlumat verilib.
Qeyd olunub ki, aprel ayında İŞKUR vasitəsilə Azərbaycana 8 Türkiyə vətəndaşı gəlib.
Ümumilikdə Türkiyədən 6 867 vətəndaş xarici ölkələrə yollanıb ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 14,9 faiz azdır.