Azərbaycanda real sektor təmsilçilərinin qiymət gözləntiləri indeksi «mənfi» zonada qərarlaşıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsinin dəyişməsi ilə bağlı açıqlamasında bildirilir.
Eləcə də bax: Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - YENİ QƏRAR
Açıqlamada deyilir ki, real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşmışdır.
Real sektor monitorinqinin nəticələrinə əsasən biznes inam indeksi isə noyabrda ötən ayla müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorlarında artım, xidmət sektorunda isə (mövsümi faktor) nisbi sabitlik meyli nümayiş etdirmişdir.