Bu ilin yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 252,5 min nəfər olub, onlardan 4 876,6 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,2% artıb, məşğul əhalinin sayı isə 1,26% azalıb.
2020-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 684,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 917,8 min nəfər, qeyri-dövlət sektorunda isə 766,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 650,6 min nəfər çalışıb.