Azərbaycanda iqtisadi artım zəyifləyib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 72,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul istehsal edilib.
Eləcə də bax:Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI
2019-cu ilin yanvar-noyabr aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 0,2% artıb.
Əlavə dəyərin 41,5% sənayedə, 9,8% ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4% tikintidə, 6,3% nəqliyyat və anbar təsərrüfatı, 6,0% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,5% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8% informasiya və rabitə sahələrində, 16,7% isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,0% -ni təşkil edib.Əhalinin hər nəfərinə düşən ÜDM 7357,8 manata bərabər olub.