Azərbaycanda ən çox iqtisadi artım olan şəhər və rayonlar açıqlanıb.
FED.az xəbər verir ki, 2019-cu ilin ilk yarım ilində paytaxt Bakı şəhəri istisna olmaqla ölkənin digər bölgələrində ümumi iqtisadi artım 6,5% təşkil edib. Amma ayrı-ayrı şəhər və rayonlar üzrə bu göstərici fərqlidir.
Eləcə də bax: Azərbaycanın iqtisadi cəhətdən - ƏN GÜCLÜ VƏ ƏN ZƏİF RAYONLARI – SİYAHI
FED.az-ın araşdırma apardığı 73 şəhər və rayonda (bunlardan 9-u işğal altında olan rayonlar, 8-i isə Naxçıvan MR-dadır) əksər bölgələrdə iqtisadi artım baş verib. Ən böyük artım İmişlidə qeydə alınıb – 50%-dən çox. Ağstafa, Qazax, Göyçay və Şəmkir də ən sürətli iqtisadi artım olan ilk 5-likdədir.
17 rayonda isə iqtisadi azalma var. Ən böyük azalma Ağcabədidə – 22,2%, Qobustanda 18,9% və Zəngilandadır – 30,5%.
Bölgələrimizin iqtisadi artım azalma mənzərəsi belədir (yanvar-iyun, 2019)