Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda iqtisadi artım göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, 2019-cu ilin yanvar-may aylarında ölkədə 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.
ÜDM istehsalının 46,0 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 099 manat olub.
Azərbaycanda iqtisadi artım açıqlandı – RƏSMİ
14:03
19 İyun 2019