Banner

İqtisadiyyat

Azərbaycanda inflyasiya və manatın məzənnəsi ilə bağlı proqnoz açıqlanıb

Azərbaycanda inflyasiya və manatın məzənnəsi ilə bağlı proqnoz açıqlanıb | FED.az
11:45 16 Mart 2017

2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 9% səviyyəsində olacaq. FED.az APA-ya istinadən xəbər verir ki, bu proqnozu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında təşkilatın mütəxəssisləri səsləndirib.

Mütəxəssislər qeyd edir ki, 2018-ci ildə orta illik inflyasiya 5%-dək geriləyəcək.

Qeyd edək ki, 2016-cı ildə orta illik inflyasiya 12,4% təşkil edib.

Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il orta illik inflyasiya 7,3% olacaq.

"Fitch"in proqnozlarına əsasən, 2017-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,76 səviyyəsində, 2018-ci ildə 1,7 səviyyəsində olacaq.

Agentliyin mütəxəssisləri bu il neftin 1 barelinin orta qiymətinin 45 dollar olacağını, 2018-ci ildə isə 55 dollar olacağını proqnozlaşdırır.

Digər xəbərlər

Banner