Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda yanvar-aprel ayları üzrə yeni inflyasiya göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, Komitənin məlumatına 2023-cü ilin yanvar-aprel aylarında ölkədə inflyasiya 13,5 faiz təşkil edib.
Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 16,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,7 faiz artıb.
2023-cü ilin aprel ayında qiymətlər 2022-ci ilin apreli ilə müqayisədə (aydın-aya inflyasiya) 12,8 faiz artıb.
2022-ci ilin apreli ilə müqayisədə 2023-cü ilin aprelində ərzaq qiymətləri 15,1 faiz artıb.
Komitənin məlumatlarından məlum olur ki, ölkədəki inflyasiya nisbətən səngiməkdədir.
Belə ki, yanvar-mart aylarında ölkədə qiymət artımı 13,8 faiz təşkil etmiş, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 17,1 faiz artmışdı.
2023-cü ilin mart ayında qiymətlər 2022-ci ilin martına nisbətən 13,6 faiz yüksək olub.
2023-cü ilin yanvar-fevral aylarında inflyasiya 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3 faiz olmuşdu.
Fevral ayında aydan-aya qiymət artımı 2022-ci ilin fevralı ilə müqayisədə 114,1 faiz olub.
Nəhayət 2023-cü ilin yanvar ayında illik inflyasiya 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz olmuşdu.
Nəhayət, 2022-ci ildə ölkədə inflyasiya 13,9% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 19,5 faiz artıb.
2022-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ilin dekabr ayına nisbətən 14,4 faiz artmışdı.
Başqa sözlə, rəqəmlər göstərir ki, aprel ayında ərzaq məhsullarının qiymət artımı 2022-ci ilin sonu ilə müqayisədə nisbətən azalsa da, hələ də yüksək olaraq qalır – 16,6%.