Bu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq mallarının qiymətləri 4,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,9% artıb.
Eləcə də bax: Banklar dolları niyə bahalaşdırıb? – MƏRKƏZİ BANKDAN AÇIQLAMA
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, martda fevrala nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlər 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin eyni dövrünə nisbətən 4,7% artıb. Bu müddətdə ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% artıb.
Aylıq müqayisədə isə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% azalıb.