Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti Azərbaycanda uyğunluğu qiymətləndirən 19 qurumu akkreditasiyadan keçirib.
Qanunu pozan şirkətin sertifikat vermə akkreditasiyası dayandırıldı – XİDMƏTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.
Onun sözlərinə görə, bunlardan 5-i kalibrləmə laboratoriyası, 12-si sınaq laboratoriyası, 2-si isə inspeksiya xidməti göstərən orqandır.
“Ölkədə akkreditasiya sisteminin təkmilləşdirilməsi bazarın təhlükəli mallardan qorunmasına, keyfiyyətli xidmətlərin təşkilinə, ixracın artmasına və sahibkarlığın inkişafına imkan yaradır”, - deyə M.Abbasbəyli qeyd edib.