Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 560,304 milyon manat təşkil edib.
Eləcə də bax: Gələn il gömrük rüsumları üzrə yığımlar - DAHA 21% ARTACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18% artaraq 974,352 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 5,2% artaraq 2 417,929 milyon manat, aksizlər üzrə daxilolmalar 14,8% artaraq 132,299 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 17,7% artaraq 35,722 milyon manat olub.