2020-ci ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Gömrük Komitəsindən ödəmələr 991 milyon manatı keçib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz çoxdur.
Eləcə də bax: Bu fiziki şəxslər gömrük rüsumlarının ödənilməsindən - AZAD EDİLİR
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin ilk üç ayında gömrük rüsumları 257,8 milyon manat və ya bütün gəlirlərin 26 faizi, ƏDV ödəmələri 691.2 milyon manat (69.7 faiz), aksiz vergilərindən ödəmələr 31.36 milyon manat (3.2 faiz), yol vergisindən ödəmələr 10,63 milyon manat (bir faiz) təşkil edib.
Ötən ilin mart ayı ilə müqayisədə bu ay gömrük rüsumlarından daxilolmalar 10,7 faiz, ƏDV-dən 3,2 faiz, aksiz vergilərindən 2,9 faiz artıb, yol vergisindən ödəmələr isə dörd dəfə azalıb.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Gömrük Komitəsindən ödəmələr 1,014 milyard manatı keçib. Mart ayı ərzində ilin əvvəlindən ümumi daxilolmalar 49,4 faiz artıb.
Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə daxilolmalar dörd istiqamətdə formalaşır: gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi.
Trend