Azərbaycandan xarici ixrac olunan əsas mallardan biri də fındıqdır.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 11 ayı ərzində ixrac olunan 20 784.72 ton fındığın dəyəri 114 milyon 759 min dollar olub.
Eləcə də bax:Pomidor biznesində yaxşı pul varmış - RƏSMİ AÇIQLANDI
Məlumat üçün bildirək ki, bu ilin ilk iki ayında 4,781 ton həcmində,25 mln 105 min ABŞ dolları dəyərində meşə fındığı ixrac olunub. Başqa sözlə fındığın 1 kilosunun qiyməti 5,25 dollar təşkil edib.