Bu il Azərbaycanın fındıq bağları su qıtlığı və iqlim dəyişikliyi problemləri ilə üzləşib.
Azərbaycan fındıq ixracından 110 milyon dollardan çox - GƏLİR ƏLDƏ EDİB
FED.az xəbər verir ki, bunu ölkədə fındıq istehsalı ilə məşğul olan şirkətin rəhbəri Cavid Kazımov "Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar" mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı deyib.
"Elə bağımız var ki, suvarması olmasa belə məhsuldarlıq yüksəkdir. Lakin elə bağlarımız var ki, suvarma normal olsa da, zərərvericilər və iqlim dəyişikliyi məhsuldarlığa mənfi təsir edib", - C. Kazımov bildirib.
O qeyd edib ki, 2023-cü il fındıqçılıqla məşğul olan fermerlər üçün çətin il olub: "İlkin araşdırmalara görə müəyyən regionlarda məhsuldarlıq 30 %-dək aşağı olub. Bəzən elə olur ki, bir bağın yuxarı və aşağı hissəsində məhsuldarlıq fərqli olur".
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı isə fındıq ixracatçılarının xarıcı ölkələrə məsullarının tədarükü zamanı qarşılaşdığı problemlərə toxunaraq qeyd edib ki, ixrac zamanı məhsul təyinat ölkəsinin tələblərinə uyğun yoxlanılmalı və sertifikatlaşdırmalı.
"Təəssüf ki, hər şey təkçə Azərbaycandan asılı olmur, məhsullar qarşı tərəfin qoyduğu standartlara cavab verməlidir. Biz əlimizdə olan vasitələrlə maksimum səviyyədə çalışırıq ki, bütün problemləri həll edək", - deyə T.Hacılı əlavə edib. (Report)