Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni mexanizmin hazırlanması üçün təkliflər vermişik.
Eləcə də bax: Deputat: "İnflyasiyadan istifadə edənlər var"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu təkliflər qəbul edilib. Nazir müavini vurğulayıb ki, təkliflərə ərzaq məhsulları istehsal edən müəssisəslərə, sahibkarlara subsidiyaların, güzəştli kreditlərin verilməsi daxildir. (Report)