Azərbaycanda ən yüksək əmək haqqı mədənçıxarma sənayesində, ən aşağı maaş isə kənd təsərüfatı sahəsindədir.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinin 2018-ci ilin yanvar-iyul ayları üzrə açıqladığı məlumata istinadən bildirir. Məlumata görə, Azərbaycanda ən yüksək əmək haqqı özəl sektora aid olan mədənçıxarma sənayesi ( 4 269 manat) , ən az əmək haqqı isə dövlət sektoruna aid olan kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə (218,6 manat) aiddir.
2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 542,3 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 3142,7 manat, qeyri-neft sektorunda 483,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 696,7 manat olub.
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan sahələr
15:54
17 Sen 2018