Azərbğaycanda ən çox əmək haqqı verilən sahələr açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, yanvar-noyabr aylarında ən yüksək maaşlar ənənəvi olaraq mədənçıxarma sənayesi (3 296 manat), maliyyə və sığorta fəaliyyəti (1 736 manat), peşə, elmi və texniki fəaliyyət (1 180 manat) və informasiya və rabitədir (1 071 manat).
Dövlət və özəl sektora gəlincə, özəl sektorda mədənçıxarma sənayesində işləyənlər ölkədə ən yüksək əmək haqqına sahibdirlər - 4337 manat.
Ən aşağı maaşlar isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində (419 manat), kənd təsərrüfatı və meşəçilikdə (428 manat) və səhiyyədədir (509 manat).
Dövlət sepktorunda ən aşağı maaş inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində (371 manat) qeydə alınıb.