Azərbaycanın investisiya yatırımının adambaşının həcminə görə, ən çox və ən az yatırım edilən şəhər/rayonlar məlum olub.
FED.az xəbər verir ki, uzun müddət bu siyahıya rəhbərlik edən paytaxt Bakı bu dəfə ikinci yerə düşüb. 2019-cu ilin ilk 9 ayının nəticələrinə görə, adambaşına düşən investisiyanın həcminə görə isə ölkədə birinci yerə Xızı rayonu çıxıb.
Bakının yaxınlığındakı ən kiçik rayonlardan birində ilk 9 ayda adambaşına düşən yatırımın məbləği nə az nə çox – 7263 manat olub. Müqayisə üçün bildirək ki, bu Bakının göstəricisindən 2,6 dəfə, ölkə üzrə orta göstəricidən (1011 manat) isə 7,2 dəfə artıqdır.
Adambaşına yatırımın həcminə görə, ikinci yeri Bakı şəhəri - 2 771 manat, üçüncü yeri isə Siyəzən rayonu – 1 395 manat tutur. Digər bütün rayon və şəhərlərdə adambaşına yatırımların həcmi 1000 manatdan aşağıdır.
Adambaşına yatırımın həcminə görə, ilk yerləri Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İsmayıllı, Daşkəsən, Biləsuvar, Şəki, Qazax və Şəmkir rayonları tutur.
Adambaşına yatırımın həcminə görə, ən pis vəziyyət olan rayon/şəhərlər (işğal altında olanarı nəzərə almayanda) Saatlı, Neftçala, Bərdə və Ağsudadır. Bu rayonlarda adambaşına yatırımlar 100 manatdan da aşağıdır.
Büyün rayon/şəhərlər üzrə göstəricilər aşağıdakı cədvəldədir: