Azərbaycanda əhalinin hər nəfərinə düşən ən bahalı və ən ucuz məişət xidmətlərinin dəyəri məlum olub.
FED.az xəbər verir ki, əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin dəyəri ötən il 100,95 manat təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 2,42 manat və ya 2,45% çoxdur.
Eləcə də bax:Azərbaycan əhalisi yas mərasimlərinə – İLDƏ 30 MİLYON MANAT XƏRCLƏYİR
Ötən il əhaliyə göstərilən xidmətlərin ən bahalısı vətəndaşlara mənsub olan nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi üzrə olub. Belə ki, bu xidmət üzrə adambaşına düşən xidmətin dəyəri 43,62 manat olub.
Adı qeyd edilən xidmət sahəsində 2017-ci illə müqayisədə hər adambaşına düşən xidmət dəyərinə görə, 1,35 manat artım olub.
Əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin dəyərinə görə ikinci ən bahalı xidmət sahəsi bərbərxana xidməti olub. Ötən il bu sahədə adambaşına düşən xidmətin dəyəri 8,12 manat olub. Bu göstərici 2017-ci illə müqayisədə 4,37% çoxdur.
Sıralamada 3-cü adambaşına düşən ən bahalı xidmət sahəsi məişət maşın və cihazlarının təmiri, onlara texniki xidmət, metal məmulatlarının təmiri olub. Ötən il bu sahədə adambaşına düşən xidmətin qiyməti 8,06 manat təşkil edib.
2018-ci ildə adambaşına düşən xidmət dəyərinə görə, ən ucuz məişət xidməti mebel hazırlanmsı üzrə xərclər olub - 0,22 manat.