İqtisadçı ekspert Rövşən Ağayev qaz və elektrik istehlakı ilə əlaqədar ilk dəfə açıqlanan statistikaya diqqət çəkib.
ELƏCƏ DƏ BAX: Azərbaycan neftinin qiyməti - MƏLUM OLDU
FED.az-ın məlumatlna görə, iqtisadçı Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu, maraqlı, həm də ilk dəfə ictimaiyyət üçün açıqlanan statistikadır:
"Rəsmi məlumata görə, 2017-ci ildə ölkə üzrə elektrik enerjisi istehlakının 50%-i, təbii qaz istehlakının 42%-i Bakı, Sumqayıt və Abşeronun payına düşüb.
Təbii qazın 25%-i, elektrik 30%-i əhali tərəfindən istehlak edilib.
Ölkə üzrə təbii qaz istehlakının adambaşına illik həcmi ən az olan 5 rayon:
1. Yardımlı - 46 kubmetr
2. Lerik - 65 kubmetr
3. Daşkəsən - 128 kubmetr
4. Gədəbəy - 177 kubmetr
5. Qobustan - 209 kubmetr
Elektrik enerisinin istehlakının adambaşına illik həcmi ən az olan 5 rayon:
1. Lerik - 265 kv.saat
2. Yardımlı - 322 kv.saat
3. Daşkəsən - 597 kv.saat
4. Ağsu - 591 kv.saat
5. Balakən - 613 kv.saat"
Azərbaycanda ən az işıq yandıran rayonlar - SİYAHI
20:35
22 Yan 2019