Azərbaycanda elektron kassalara keçid qaydaları hazırlanır. FED.az xəbər verir ki, bunu Trend-ə layihəyə yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu istiqamətdə bütün işlər Nazirlər Kabineti ilə əlaqələndiriləcək:
"Bütün qaydalar hazırlanandan və meyarlar müəyyənləşdirildikdən sonra elektron kassalara keçidin necə baş verəcəyi, bunun kütləvi və ya mərhələli şəkildə olacağı məlum olacaq. İlkin olaraq elektron kassalar iri ticarət obyektlərində, daha sonra digər obyektlərdə peyda ola bilər. Hələlik bunların nə vaxt tətbiq olunacağı barədə danışmaq çətindir".
ELƏCƏ DƏ BAX: Manatla əmanət və kreditlərin orta faiz dərəcəsi artıb
Qurğuların özünə gəldikdə isə mənbə bildirib ki, tədarükçünün tender yolu ilsə seçiləcəyi istisna olunmur.:
"Kassa aparatlarının satın alınmasına vəsait ayrılmalıdır. Onların istifadəsi ilə bağlı treninqlər təşkil etmək lazımdır. Yəni ki, böyük həcmdə iş gözlənilir və bütün detallar əvvəlcədən müəyyən edilməlidir".
Qeyd edək ki, elektron kassalarda həm kassa, həm də POS-terminal funksiyaları mövcud olacaq.