2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 16 milyard 327,2 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyul aylarına nisbətən 2,1% çoxdur.
Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Təkcə iyun ayında ərzağa xərclənən vəsaitin məbləği isə 2 milyard 550,4 milyon manat təşkil edib.