Cari ilin I rübündə Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 3,178 mlrd. manat həcmində ödəniş həyata keçirilib.
Eləcə də bax: Azərbaycanda onlayn ticarət 70 faizə yaxın - ARTIB
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparəlan hesablamalara görə, bu ötən ilin eyni rübü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Qeyd edək ki, təkcə mart ayında istehlakçılar e-ticarət vasitəsilə 1,242 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirib ki, bu da fevral ayı ilə müqayisədə 22,2%, ötən ilin eyni ayı ilə müqayisədə 2,8 dəfə çoxdur.
Xatırladaq ki, 2021-ci ildə əhali e-ticarət şəbəkəsində 7,208 mlrd. manat həcmində ödənişlər həyata keçirib, bu da 2020-ci illə müqayisədə 86% çoxdur.
(Apa)