Azərbaycanda marketlər şəbəkəsi daxili kreditlə məişət texnikası satacaq.
FED.az xəbər verir ki, “Bizim Marketlər” şəbəkəsinə daxil olan “Novas Home” brendi ölkədə supermarketlər arasında ilk dəfə olaraq daxili kredilətlə məişət texnikası satacaq.
Eləcə də bax:Bazarstore: "Haqqımızda yazılanlara inanmayın"
“Novas Home”un rəsmisi FED.az-a bildirib ki, dekabr ayının 15-dən etibarən taksitlə satışlara başlayacaqlar.
“Gələn ilin əvvəlindəşirkətin özünün daxili kredit sistemi işə düəşəcək. Bundan sonra məişət texnikasını daxili kreditlə satacayıq. Kreditlərimiz faizsiz veriləcək. Həm taksitli, həm də daxili kreditlər faizsiz olacaq.
Həmçinin gələn ildən böyük məişət texnikasını da satmağa başlayacayıq. Həmçinin bura mobil telefonların da satışı daxildir. Ümumiyyətlə elektronika məhsullarını gələn ildən satmağa başlayacayıq”- deyə şirkətin rəsmisi bildirib.