İndiyədək Azərbaycan hökuməti koronavirusun nəticələrindən zərər görən biznesin maliyyələşdirilməsinə artıq 160 milyon manata yaxın vəsait yönəldib.
Eləcə də bax: Sahibkarlara kreditlərdə yeni mexanizmlər başlayır - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovdeyib.
“Xüsusilə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 212 mindən artıq nəfərə 95,636 mln. manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 105,723 min vergi ödəyicisinə 63 mln. manatdan artıq faktiki yardım ayrılıb”. – Mövsümov bazar ertəsi brifinqdə qeyd edib.
Beləliklə, ümumilikdə biznesə 159 milyon manata yaxın yardım ayrılıb (cari məzənnə ilə $93,5 milyon).
Bundan başqa, onun sözlərinə görə, pandemiya başlayandan 689 min vətəndaşa 254 milyon manat məbləğində sosial yardım ödənilib.
Xəbər verildiyi kimi, pandemiyadan ən çox zərər çəkmiş şirkətlərdə çalışan 304 min işçinin əməkhaqqının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq.
Bundan başqa, 300 minə yaxın mikrobiznes subyektinə 80 milyon manat ödəniləcək. Ödənişlərin məbləği 250 manatdan 5 min manata qədər təşkil edəcək. (İnterfaks)