Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışının daha 1 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur. FED.az xəbər verir ki, bu barədə Milli Məclisdən bildirilib.
Bu məsələ bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərlə vergidən azad etmənin 2019-cu il martın 1-dən uzadılması nəzərdə tutulub.
Xatırladaq ki, 2016-cı ildən Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı ƏDV-dən azad olunub. 2017-ci ildə vergidən azad etmə 3 il müddətinə uzadılıb.
Eləcə də bax: Azərbaycan ət idxalını 56% artırıb