Azərbaycanda sertifikatı olmayan malların satışını həyata keçirən şəxslər barəsində cəza tədbirləri gücləndiriləcək.
FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə keçirdiyi görüşdə müzakirə olunur. (Report)