2022-ci ilin 11 ayı ərzidə Azərbaycana xaricdən 398 milyon 9 min dollar dəyərində 1 milyon 167 min 957 ton buğda idxal edilib.
Eləcə də bax: Azərbaycanda xaricdən taxıl asılılığının azaldılması üçün proqram - HAZIRLANACAQ
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 11 ayı ərzidə Azərbaycana 287 milyon 558 min dollar dəyərində 1 milyon 17 min 504 ton buğda idxal edilmişdi.
2022-ci ildə Azərbaycanda 1 milyon 736 min 87 ton buğda istehsal edilib. 2021-ci illə müqayisədə istehsal 7,9% azalıb.
Bu il ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 341 dollar (579 manat) təşkil etmişdir. Ötən ilin eyni dövründə orta qiymət 282 dollar (480 manat) təşkil etmişdi. (Marja)