2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 749,3 mln. manat, xərcləri 15 463,1 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,1%-i qədər kəsir yaranıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövru ilə müqayisədə 12,0% artaraq 13 557,1 mln. manata, xərcləri isə 13,5% artaraq 14 150,2 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 593,1 mln. manatlıq kəsir ÜDM-in 1,1%-ni təşkil edib.