Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.
Eləcə də bax: Azərbaycanda qida təhlükəsizliyinə dair yeni dövlət standartı - QƏBUL EDİLİB
FED.az xəbər verir ki, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində əksini tapıb.
Qanun laytihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:
- uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;
- gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;
- insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.
Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edilib. (Trend)