2017-ci ildə xaricdən Azərbaycana idxal edilən ipəyin həcmi əvvəlki illə müqaisədə 9 dəfəyə yaxın artıb.
FED.az xəbər verir ki, ötən il ölkəyə idxal edilən ipəyin ümumi dəyəri 704.46 min dollar təşkil edib. 2016-cı ildə isə onun həcmi xeyli azalaraq 78.44 min dollara düşüb.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycana gətirilən ipəyin ümumi dəyəri 309 min dollar olub. Növbəti ildə isə bu həcm 3,9 dəfə azalıb.
Ötən il ipək idxalının bir neçə dəfə artması yeri sahibkarların ipk məhsulları istehsalını artırması ilə izah edilir.
Azərbaycanda bahalı parçalara tələbat dəfələrlə artdı
12:04
22 Yan 2018