Azərbaycanda may ayında ən çox bahalaşan və ucuzlaşan qeyri-ərzaq malları açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin may ayında qeyri-ərzaq məhsulları əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən isə 7,1 faiz bahalaşıb.
Cari ilin may ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma
inşaat materiallarının,
parçaların,
geyim və ayaqqabıların,
mebellərin,
məişət cihazlarının,
minik avtomobilləri üçün ehtiyat hissələrinin,
toz şəklində sintetik yuyuсu vasitələrin,
sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.