Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-may ayları üzrə iqtisadi göstəriciləri açıqlayıb.
Azərbaycanda iqtisadi artım dayanıb – RƏSMİ MƏLUMAT - RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, 2026-cı ilin ilk 5 ayında ölkə izrə ümumi iqtisadi artım sıfır olsa da, bəzi sahələrdə fərqli göstəricilər qeydə alınıb.
Belə ki, bu dövrdə sənayedə 0,2% artım baş verib. Qeyri-neft sənayesində 5,8% artım olsa da, neft-qaz sənayesində 2,2% geriləmə baş verib.
Bu dövrdə informasiya və rabitə sektorunda 10%-dən artıq, nəqliyyat sektorunda 6,8%, kənd təsərrüfatında 2,3% artım baş verib.
Pərakəndə ticarəti dövriyyəsi isə 3,8% böyüyüb.
Narahat edici rəqəmlər investisiya qoyuluşları ilə bağlıdır. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ilin ilk 5 ayında ölkə iqtisadiyyatına ümumilikdə 6 milyard 650 milyon manat investisiya yatırılıb. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 143 milyon manat və ya 2,1% azdır.
Qeyri neft sektoruna yatırılan investisiyalar isə daha çox azalıb – 700 milyon manat və ya 14,7%.
|
2 |
Real sektor, milyon manat |
Yanvar-may, 2026 (milyon manat) |
Yanvar-may, 2025-ə nisbətən artım |
Yanvar-may, 2025-in Yanvar-may, 2024-ə nisbətən artımı (milyon manat) (milyon manat) |
|
Sənaye məhsulu |
27 524,2 |
+0,2% |
+0,3% |
|
|
qeyri neft-qaz sənayesi |
8 956,3 |
+5,8% |
+7,2% |
|
|
neft-qaz sənayesi* |
18 567,9 |
-2,2% |
|
|
|
Kənd təsərrüfatı məhsulu |
3 996,2 |
+2,3% |
+2,0% |
|
|
Nəqliyyat və anbar təsərrüfatı |
6 252,2 |
+6,8% |
+4,6% |
|
|
İnformasiya və rabitə xidmətləri |
1 628,1 |
+10,1% |
+9,0% |
|
|
Pərakəndə ticarət dövriyyəsi |
25 510,7 |
+3,8% |
+3,7% |
|
|
Əsas kapitala investisiyalar |
6 650,1 |
-2,1% |
+2,6% |
|
|
qeyri neft-qaz sektoru |
4 098,2 |
-14,7% |
-12,4% |
*Hesablama FED.az-ındır.














