Azərbaycanda araq və tütün istehsalı artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda 2019-cu ildə 2119,2 min dkl araq istehsal olunub. Bu göstərici 2018-ci illə müqayisədə 2,5 dəfə çoxdur.
Eləcə də bax:Qanunsuz içki hazırlayan sahibkar- HƏBS EDİLDİ
Qeyd edək ki, sayın çoxalması ölkədə araq istehsalının artması ilə deyil Vergilər Nazirliyinin apardığı işlərlə bağlıdır. Belə ki, Vergilər Nazirliyinin aksizli malların qanunsuz dövriyyəsinə qarşı mübarizəsi çərçivəsində 2019-cu ilin 1 avqustundan etibarən ən iri istehsalçı şirkətlərdə aksiz postları qurulub. Bunun nəticəsi olaraq əvvəl müəssisələrdən şərəb adı altında çıxarılan araqlar, indi artıq olduğu kimi qeydiyyata alınıb ki, bununla da araq istehsalı artıb.
Araq istehsalından fərqli olaraq şərəb istehsalında azalma qeydə alınıb. Belə ki, 2018-ci ilə müqayisədə 2019-cu ildə üzüm şərəb istehsalı 46,8% azalmışdır.
Məlumat üçün bildirək ki, 2018-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 80,7% içki istehsalında 41,4% artım olub.