Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbi müəyyənləşdiriləcək.
FED.az xəbər verir ki, bu bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncamda göstərilib.
Sərəncamda dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti altı ay müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Minimum qiymət təsdiqləndikdən sonra içkilərin həmin qiymətdən aşağı qiymətə satışına icazə verilməyəcək.