2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 146,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
FED.az xəbər verir ki, ümumi sərmayənin 65,4 faizi məhsul istehsalı sahələrinə, 25 faizi xidmət sahələrinə, 9,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,5 faizini təşkil edib.
Eləcə də bax: Bu il Azərbaycanın əsas kapitalına nə qədər vəsait - YÖNƏLDİLİB?
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,5 faiz, büdcə vəsaitləri 26,9 faiz, bank kreditləri 7,3 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, digər vəsaitlər isə 0,2 faiz təşkil edib.
2019-cu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda "Azərxalça" ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 960 yerlik ümümtəhsil məktəb binası, 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1530 şagird yerlik 3 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 50 nəfər olan 3 ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 624 yerlik, İsmayıllı rayonunda 400 yerlik, Lerik, Cəlilabad və Quba rayonlarının hər birində 180 yerlik olmaqla 3 ümümtəhsil məktəb binası, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
Trend