2021-ci ildə Azərbaycanda 47 rayon və şəhərə dövlət mənbələrindən yatırılan investisityalar 2020-ci illə müqayisədə azalıb, 14 şəhər və rayona yatırılan vəsaitlər isə artıb.
Azərbaycanda ən çox mağaza olan rayon və şəhərlər - SİYAHI
FED.az xəbər verir ki, dövlət invetisiyalarının ən sürətli artdığı rayonlar Qubadlı (55 dəfə), Şuşa (24 dəfə) və Ağdam (10 dəfə) olub.
Dövlət tərəfindən yatırımların ən çox azaldığı rayon isə Ağsudur – buraya dövlət qurumları tərəfindən vəsaitlər 2020-ci illə müqayisədə 20 dəfə aşağı düşüb.
Gədəbəy, Balakən, Göyçay və Biləsuvar da vəsaitlərin 6-8 dəfə azaldığı rayonlar arasındadır.
FED.az Azərbaycanda dövlət investisiyalarının artıb-azaldığı rayon və şəhərlərin siyahısın təqdim edir.