İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsini davam etdirir.
FED.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu ilin ilk 4 ayında Fond müvəkkil kredit təşkilatları vasitəsilə 217 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 18,6 milyon manat güzəştli kredit verib. Bu kreditlərin reallaşdırılması nəticəsində 600-dək yeni iş yerinin açılması imkanı yaranıb.
Verilən kreditlərin 43%-i aqrar sektorun, 57%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib. Güzəştli kreditlərin 73%-i regionlarda, 27%-i isə Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib.