2019-cu ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,6 faiz üstələyərək 39,4 milyard manata bərabər olmuşdur.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 20 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2 faiz və 4 faiz artmışdır.
Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2018-ci ilə nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
39 391,7 |
103,6 |
o cümlədən: |
||
ərzaq məhsulları |
18 048,0 |
103,3 |
içkilər və tütün məmulatları |
1 919,4 |
101,7 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
6 910,9 |
104,1 |
elektrik malları və mebellər |
2363,0 |
103,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
342,6 |
102,9 |
əczaçılıq və tibbi mallar |
528,1 |
103,6 |
avtomobil yanacağı |
2 310,5 |
102,7 |
digər qeyri-ərzaq məhsulları |
6 969,2 |
104,6 |
Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 17,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ildə istehlak məhsullarının dəyər ifadəsində 21,0 faizi ticarət müəssisələri, 52,0 faizi fərdi sahibkarlar tərəfindən, 27,0 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,5 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz artmış, bazar və yarmarkalarda isə 7,6 faiz azalmışdır.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 331,4 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 168 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.