Azərbaycan hökuməti 2023-2026-cı illrdə əsas kapitala investisiyaların illik real artımını 2,8% səviyyəsində proqnozlaşdırır.
Azərbaycan banklarının qiymətli kağızlara investisiyaları - 7 MİLYARD MANATI KEÇİB
FED.az xəbər verir ki, hökumətin proqnozlarına görə, 2023-cü ildə əsas kapitala kapital qoyuluşlarının nominal həcmi 18 milyard 703 milyon manat (2022-ci illə müqayisədə real artım 3,3%) təşkil edəcək. Həmçinin investisiyaların ümumi həcmindən 14 milyard 608,3 milyon manat (78,1%) daxili investisiyalar, 4 milyyard 94,7 milyard manat (21,9%) xarici investisiyalar təşkil edəcək.
Proqnozlara əsasən, 2023-cü ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 5 milyard 718,1 milyon manat, digər sektorlara – 12 milyard 984,9 milyon manat təşkil edəcək.
2024-cü il üçün əsas kapitala kapital qoyuluşları 19 milyard 483,1 milyon manat (real artım 2,2%) səviyyəsində prqonozlaşdırılır. Daxili investisiyaların həcmi 14 milyard 993,8 milyon manat (76,7%), xarici investisiyaların həcmi – 4 milyard 489,3 milyon manat (23,3%) təşkil edəcək.
2024-cü ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 5 milyard 743,7 milyon manat, digər sektorlara – 13 milyard 739,4 milyon manat təşkil edəcək.
2025-ci il üçün investisiyalar 20 milyard 419,6 milyon manat (artım 2,8%) proqnozlaşdırılır. 2025-ci ildə daxili investisiyaların həcmi 15 milyard 729,4 milyon manat (77%), xarici investisiyaların həcmi – 4 milyard 690,2 milyon manat (23%) təşkil edəcək. Həmçinin, neft-qaz sektoruna kapital qoyuluşları 5 milyard 249,3 milyon manat, digər sektorlara isə 15 milyard 170,3 milyon manat səviyyəsində proqnozlaşdırılır.
2026-cı il üçün investisiyalar 21 milyard 437,4 milyon manat (artım 3%) proqnozlaşdırılır. 2026-cı ildə daxili investisiyaların həcmi 16 milyard 702,7 milyon manat (77,9%), xarici investisiyaların həcmi – 4 milyard 734,7 milyon manat (22,1%) təşkil edəcək. 2026-cı ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 4 milyard 773,4 milyon manat, digər sektorlara – 16 milyard 664 milyon manat təşkil edəcək.
Ümumilikdə, hökumətin proqnozlarına əsasən, 2023-2026-cı illərdə əsas kapitala orta kapital qoyuluşlarının illik artımı 2,8% təşkil edəcək. Həmçinin, 2023-2026-cı illərdə qeyri neft-qaz sektorunda əsas kapitala investisiyaların orta illik artımı 6,4% təşkil edəcək.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala kapital qoyuluşları 13 milyard 53.6 milyon manat təşkil edib, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 8,2% çoxdur. (İnterfaks-Azərbaycan)