Azərbaycan Respublikası ərazində çalışan işçilərin (dövlət və özəl sektor) 1 saatına görə ortalama ən çox mədənçıxarma sənayesi sahəsində çalışan işçilər tutur.
FED.az Banker.az-a istinadən bildirir ki, 2019-cu ilin yanvar ayında bu sektorda çalışan şəxlər hər saatına görə ortalama 19 manata yaxın əməkhaqqı alırlar. Ümumiyyətlə bu sektorda çalışan şəxslər aylıq olaraq 2 953.2 manat ilə “ən çox maaş” alanların sırlamasında da ilk pillədədirlər.
İkinci pilləni əhatə edən maliyyəçilərlərdir. Bu sektorda çalışanlar bu il iş saatlarına düşən gəliri 9,64 manat olub. Bildirək ki, mədənçıxarma sənayesindəki rəqəmdən bu iki dəfə azdır.
Göstəricilərə görə üçüncü Peşə, elmi və texniki fəaliyyət üzrə çalışan şəxlər olub – 6,74 manat.
Sonuncu pilləni isə əhaliyə səhiyyə xidməti göstərən şəxslər olmaqla 1,63 manat olub.
Ölkə üzrə ortalama hər saatına işçilər 3,59 manat əməkhaqqı alırlar.
Tam siyahı:
Göstəricilər Dövlət Statistika Komitəsinə istinad olunur.