Ötən il Azərbaycan ilə Türkiyə arasında 8 milyard dollarlıq ticarət əməliyyatları aparılıb.
FED.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən "II Azərbaycan Türkiyə İnvestisiya Forumu"nda deyib.
Onun sözlərinə görə, ticarət əməliyyatlarının həcmi bu il bir qədər azala bilər: "Bunun səbəbi qlobal neft qiymətlərinin ucuzlaşması və digər faktorlar ilə bağlıdır. Bu, keçici bir azalma olacaqdır".
"Bu vaxta qədər Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyalar 39 milyard dollara yaxınlaşıb. Bunun daha da artmasını istəyirik. Bu kimi forumlar yatırımların daha da artması üçün bir vasitədir. İnvestisiyaların qarşılıqlı olaraq artırılması iki ölkənin iqtisadiyyatına birbaşa olaraq fayda verən vacib alətlərdən biridir", - deyə o, əlavə edib.











