Bu ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 634 764,18 min ABŞ dollarına bərabər olub.
Eləcə də bax: Azərbaycan buğda idxalına çəkdiyi xərci - 53% Artırıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin ilk dörd ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 23,5% çoxdur.
Ümumilikdə, yanvar-aprel aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,99% təşkil edib.
Hesabat dövründə ölkəyə 20 673,16 min dollar dəyərində 12 124,20 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 29,5%, həcm göstəricisi üzrə isə 25,6% azdır.
Cari ilin yanvar-aprel ayları ərzində ölkəyə 3 697,46 min dollar dəyərində (azalma 35,1%) 2 537,39 ton (azalma 21,6%) süd idxal olunub.
Ölkəyə həmçinin 27 150,33 min dollar dəyərində 5 600,43 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 1,4% və 4,6% çoxdur. (Apa)