Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 875 067,1 min ABŞ dollarına bərabər olub.
Eləcə də bax: Xaricdən gətirilən kərə yağı bahalaşıb - QİYMƏTLƏR
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 16% artıb.
Ümumilikdə, cari ilin ilk beş ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,04% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,15 faiz bəndi azdır. (Apa)