Ötən il əsas kapitala nə qədər vəsait yönəldiyi məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə əsas kapitala 17184,3 milyon manat məbləğində vəsait yönəldilib. Bu göstərici 2018-ci illə müqayisədə 2,3% azdır.
Eləcə də bax:İqtisadiyyata özəl investisiyaların cəlb edilməsi üçün - YENİ TƏKLİFLƏR VERİLƏCƏK
Bu azalma neft-qaz sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 1,9% artmışdır.
İstifadə olunmuş vəsaitin 11393,4 milyon manatı və ya 66,3 faizi məhsul istehsalı sahələrinə, 4432,6 milyon manatı (25,8 faizi) xidmət sahələrinə, 1358,3 milyon manatı (7,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11995,4 milyon manatını və ya 69,8%-ni daxili vəsaitlər təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11245,4 milyon manatı və ya 65,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.