Azərbaycana yatırılan birbaşa investisiyalar 2018-ci ildə də azalıb. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 2018-ci il üzrə tədiyə balansında bildirilir.
Sənəddə bildirilir ki, ötən il birbaşa investisiyalar 66,8% azalaraq 2,9 milyard dollardan 952,9 milyon dollara düşüb. Müqayisə üçün bildirək ki, 2015-ci ildə bu göstərici 4 milyardan artıq idi (4 milyard 45,7 milyon dollar).
Azalmanın səbəbi həmçinin kapitalın repatriasiyasının 2017-ci ill müqayisədə artımı ($336 milyon) olub.
Eləcə də bax: Avtomobil və ev satışı, borc və beh verilməsi - YALNIZ BANKLA APARILACAQ – YENİ QAYDA
İnvestisiyanın azalmasının əsas səbəbkarı onu həmişə dəstəkləyən neft sektoru olub. 2018-ci ildə neft sektoruna birbaşa investisiyalar 87% azalaraq $2 milyarddan $288,6 milyona düşüb.
Qeyri-neft sektoruna birbaşa investisiyalar 2016-cı ildə $1,7 milyarda yüksəlsə də 2017-ci ildə $785,8 milyona, 2018-ci ildə isə $664,3 milyona düşüb. Ötən il azalma 15,5% olub və bu, 2014-cü ildən bəri ən aşağı göstəricidir.
2014-2018-ci illərdə Azərbaycana xarici birbaşa investisiyalar
2014 8000,0 mln.$
2015 4045,7 mln.$
2016 4499.6 mln.$
2017 2866.1 mln.$
2018 952,9 mln.$